.
.

Baydenin iti bağbanı dişlədi

18:17 - 06 Aprel
    9800 oxunma

ABŞ prezidenti Co Baydenin alman ovçarkası olan Meycor adlı iti yenə insan dişlədi.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildlirir ki, Meycorun bu dəfəki qurbanı Ağ Evin çəmənliyində işləyən bağban olub. Bu son bir ayda artıq ikinci haldır. İlk hücumdan sonra Meycoru kinoloqa "yenidən tərbiyə" göndərdilər. Lakin göründüyü kimi, it hələ də aqressiv davranışa meyillidir.

Ağ Evin kommunikasiya direktoru Cen Psaki baş verənlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb. O, itin davranışını heyvanın hələ yeni şəraitdə uyğunlaşmadığını və hər bir tanımadığı insanın itdə belə bir davranışa səbəb ola biləcəyini izah edib. 

Meycorun 3 yaşı var və Co Bayden onu sığınacaqdan hələ balaca olarkən götürüb. Amerika prezidentinin 18 yaşında olan başqa bir çoban iti də var o Meycor qədər aqressiv deyil.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84