Baydendən ABŞ-dakı suriyalılarla bağlı QƏRAR - Qorunacaqlar!

01:56 - 30 Yanvar
    10960 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

ABŞ Prezidenti Co Baydenin administrasiyası suriyalı qaçqınların “müvəqqəti qoruma statusu”nun müddətini uzadıb. Bu, C.Baydenin yanvarın 20-də baş tutan andiçmə mərasimindən sonra ölkə siyasətindəki dəyişiklik çərçivəsində baş tutub.

“ABŞ-da yaşayan 6 min 700 suriyalı üçün “müvəqqəti qoruma statusu” önümüzdəki ilin sentyabrınadək uzadılacaq. Qaçqınlar qurumlara müraciət edərək, hüquqi imtiyazlarının uzadılmasını istəyə bilərlər. Bu qərarla müvəqqəti qoruma statusu olan suriyalılar daha 1,5 il ölkədə qanuni olaraq qala bilərlər”, - açıqlamada bildirilib. 

Qeyd edək ki, Co Bayden Venesueladan gələn qaçqınlara da ölkədəki iqtisadi vəziyyətlə əlaqədar olaraq müvəqqəti qoruma statusu verilə biləcəyini qeyd etmişdi.  

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84