.
.

Bayden Putini danışıqlara dəvət etdi - Müzakirələr başlayır

00:02 - 27 Mart
    10320 oxunma


ABŞ prezidenti Coo Bayden rus və çinli həmkarları Vladimir Putin və Si Cinpini iqlim danışıqlarına dəvət edib. 

Bizimxeber.az bildirir ki, bu barədə " Associated Press" agentliyi adı açıqlanmayan səlahiyyətlilərə istinadən məlumat yayıb. Zirvə görüşünün təfərrüatları barədə hələlik heç bir məlumat verilmir.

Agentliyin məlumatında deyilir ki, Bayden prezident olaraq vəzifəyə başladığından bəri bu mövzuda ilk genişmiqyaslı yüksək səviyyəli danışıqlara hazırdır.

Bu arada Kreml Baydenin dəvətini şərh edib.

"Siyahıda əsas dövlətlər var, çətin və vacib danışıqların aparılacağı gözlənilir. İqlim probleminin bütün dünya üçün nə qədər vacib olduğunu nəzərə alaraq, bunu yüksək səviyyədə müzakirə etməyə hazır olmalıyıq" -deyə Kremlin açıqlamasında bildirilir. 

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları 22-23 aprel tarixlərində beynəlxalq iqlim sammitinə onlayn ev sahibliyi etməyi planlaşdırır. Daha əvvəl ABŞ səlahiyyətliləri tərəfindən bildirildiyi kimi, tədbir ətraf mühitə zərərli tullantıların azaldılması üçün beynəlxalq səylərin birləşdirilməsinə həsr ediləcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov martın 11-də Putinin bu görüşdə iştirakı ilə bağlı Kremlə heç bir təklif gəlmədiyini söyləmişdir.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84