Bayden nöqtəni qoydu: “İran şərtləri yerinə yetirsə belə...”

13:41 - 04 Fevral
    13520 oxunma

SİZİN REKLAM YERİNİZ
SİZİN REKLAM YERİNİZ

“İran nüvə müqaviləsinin şərtlərinə əməl etsə belə, ABŞ sanksiya məsələsini müttəfiqləri və Konqreslə müzakirə edəcək”. Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Eduard Prays deyib.

“İran 2015-ci ildə imzalanan nüvə müqaviləsinin şərtlərindən uzaqlaşır. İran bu anlaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, Vaşinqton Tehrana tətbiq edilən sanksiyaların yumşaldılıb-yumşaldılmayacağını müttəfiqləri və Konqres üzvləri ilə müzakirə edəcək”, - Prays qeyd edib.

Departament rəsmisi Co Bayden administrasiyasının nüvə müqaviləsinə qayıtmağa hazır, amma bunun üçün əvvəlcə İranın anlaşmanın şərtlərini tam yerinə yetirməsi lazım olduğunu söyləyib. Prays müqavilədən geri çəkilən tərəfin ABŞ olduğunu xatırladıb və bu səbəbdən də, İrandan gözləntilərin olduğunu bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84