Bayden nazirlərin adını açıqladı

12:32 - 18 Dekabr
    1190 oxunma

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden komandasındakı isimləri açıqlamağa davam edir.

Co Bayden bu dəfə daxili işlər, energetika nazirlərinin və ətraf mühiti qoruma ilə bağlı agentliyin rəhbərinin adını açıqlayıb. ABŞ daxili işlər naziri Nümayəndələr Palatasının üzvü Debra Haaland, energetika naziri Miçiqan ştatının qubernatoru Cennifer Qranholm olacaq. Bayden ətraf mühitlə bağlı agentliyə isə Maykl Reyqanı gətirmək niyyətindədir.

Qeyd edək ki, bütün bu postlara təyinat üçün namizədlər Senatda səsvermədən keçirilir. Senat təsdiqlədiyi təqdirdə onlar vəzifə tutacaqlar.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84