“Başınızı uca tutun, əziz valideyinlər!” - Mübariz İbrahimovun atası

14:36 - 05 Oktyabr
    990 oxunma

“Özümü çox xoşbəxt hiss edirəm ki, xalqımız yumruq kimi bir olub. Uzun illərdən bəri davam edən ermənilərin qəsbkarlıq siyasətinə qarşı ölüm-dirim mübarizəsindədir. İşğala məruz qalmış Azərbaycanımızın bütövləşməsindən, xalqımızın birliyindən, müasir Azərbaycanın vətənpərvər gənclərinin, ordusunun şanlı qəhəmanlıq tariximizi təzələyib, düşmənə qan uddurmasından qürur duyuram”.

Bizimxeber.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov torpaqlarımızın işğaldan azad olunması uğrunda ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlardan danışarkən bildirib.

O, qeyd edib ki, Prezident İlham Əliyev hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı bəzi dövlətlərin bəyanatına layiqli cavab verib: “Bu 30 ili harada idiniz, xalqımıza qarşı edilən vəhşlikləri, torpaqlarımızın 20 faizdən artıq işğalını görmürdünüzmi? Azərbaycan haqq yolundadır. Bu çətin günlərdə dostumuzun, bizi istəməyənlərin də kim olduğunu görürük.

Qarabağ Azərbaycanındır! Ölümdən qoxmuruq, təki vətən sağ olsun, mübarizə sonadək aparılsın ki, gələcəkdə belə bir hal təkrarlanmasın! Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Övladlarınız qalib ordunun şəhidləridir, başınızı uca tutun, əziz valideyinlər! Azərbaycan dövləti hər bir işini dəqiqliklə görür. Qələbə bizimlədir!” 

Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda erməni əsgərini məhv etdiyi posta ötən gün Azərbaycan Bayrağı sancılıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84