Başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum oldu
13:23 - 08 Mart
-
11280 oxunma

Bakıda bədbəxt hadisə nəticəsinə vəfat edən qadının kimliyi müəyyənləşib.
Bizmxeber.az bildirir ki, metronun "28 May" stansiyasının qarşısında başına dəmir parçası düşərək ölən qadın - 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızıdır.
Onun Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivində yaşadığı bildirilir. Qeyd edək ki, hadisə bu gün günorta saatlarında baş verib. Yolun kənarı ilə hərəkət edən qadının başına dəmir parçası düşüb. Nəticədə o, hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84