Baş redaktor polisə təşəkkür etdi  - Evi qarət edənlər tapıldı

17:15 - 18 İyul
    8820 oxunma

Bizimxeber.az” xəbər saytının baş redaktoru Ədil Hüseynlinin Xəzər rayonu ərazisində yerləşən yaşadığı evi qarət edənlər qısa zamanda tapılıb. Bu barədə baş redaktor özü məlumat verib.

Bizimxeber.az-a danışan Ədil Hüseynli bildirib ki, hadisə onlar rayonda olduqları vaxt baş verib: “Bir neçə gün rayonda qaldıq. Qayıdanda gördük ki, evə oğru girib, iki televizoru aparıb. Dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Qısa müddətdə polis əməkdaşları gəlib əl izşlərini götürdülər və ilkin ifadələri aldılar. Bir gün sonra isə mənə zəng edib oğrunun tapılması barədə məlumat verdilər. Hələlik dəymiş ziyan, yəni televizorlar qaytarılmayıb. İnanıram ki, cinayət əməlini törədən şəxs və şəxslər layiqli cəzasını alacaq".

Baş redaktor cinayətin üstünün qısa müddətdə açılmasını polisin uğuru kimi qiymətləndirir: "Bir daha əmin oldum ki, Azərbaycan polisi ayaqdadır, polis vətəndaşının yanındadır. Bu günlər əzində polisin işinin nə qədər ağır və məsuliyyətli olduğunun bir daha şahidi oldum".

Bu cinayətin açılmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirən baş redaktor Azərbaycan polisini çevik və möhkəm ayaqda saxlayan nazir, general-polkovnik Vilayət Eyvazova da təşəkkürünü bildirib: "Başda nazir Vilayət Eyvazov olmaqla hər kəsə, eləcə də cinayətkarların tapılmasında xüsusi əməyi keçən Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Habil Həsənova, 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Kamil Qiyaslıya təşəkkür edirəm. Yaşasın Azərbaycan Polisi!".

Nigar
Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84