Baş Prokurorluğun yeni inzibati binasına media-tur - Foto

10:25 - 11 Fevral
    7640 oxunma

Baş Prokurorluğun Binəqədi rayonunda yerləşən yeni inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə yerində tanış olmaq məqsədilə media-tur təşkil edilib. 

Media-tura rəhbərlik edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, inzibati binada səmərəli iş üçün bütün imkanlar yaradılıb: “Bu, prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, işin təkmilləşdirilməsi yolunda mühüm əhəmiyyət kəsb etməklə prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir.

Dörd korpusdan ibarət kompleksin altı və dörd mərtəbəli iki inzibati binasında Baş prokurorluğun 6 idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcək. Kompleksin hər biri dörd mərtəbədən ibarət olan 2  tikilisində isə yataqxana və konfrans korpusları yerləşir.

Bina kompleksi 8 sürətli lift, ehtiyat işıq generatoru, müasir havalandırma, isitmə-soyutma sistemləri, İP telefoniya, təhkükəsizlik kameraları, yanğın əleyhinə avtomatik reaksiya göstərən sulu və köpüklü yanğınsöndürmə sistemləri ilə təchiz olunub. İnzibati binada yaradılmış 3 iclas zalı və 320 nəfərlik konfrans zalı müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları, təqdimatların keçirilməsinə imkan verir”. 

Kənan Zeynalov qeyd edib ki, bina kompleksində 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya da yaradılıb: “Burada Ermənistanın hərbi-siyasi rəhbərliyinin qanunsuz göstərişləri əsasında erməni silahlı birləşmələrinin cəbhəyanı və cəbhədən xeyli uzaq məsafədə yerləşən ərazilərdə yaşayan dinc əhalisinə qarşı törətdikləri sülh və insanlıq əleyhinə olan cinayətləri sübut və təsdiq edən raket qurğularının və iri çaplı artilleriya mərmilərinin qalıqlarını müşahidə etmək mümkündür.

Qalereyada həmçinin, Prezident, Ali Baş Komadan İlham Əliyevin Şuşa şəhəri və işğaldan azad olunmuş digər ərazilərə olan səfərlərindən, eləcə də Qələbə münasibətilə 10 dekabr 2020-ci il tarixdə keçirilmiş hərbi paradı özündə əks etdirən fotoşəkilləri yer alır.

Qalereyada İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş  Prokurorluq orqanları işçilərinin siyahısı da yer alıb”. Media-turdan sonra Baş Prokurorluğun Mətbuat xidmətinin təşkilatçılığı ilə ərsəyə gəlmiş Azərbaycan Prokurorluğunun keçdiyi bir əsrlik inkişaf yolunu özündə əks etdirən "Qanun keşikçiləri" adlı bədii sənədli filmin təqdimatı həyata keçirilib. Həmçinin, “Qarabağ Azərbaycandır” adlı kitabın təqdimatı həyata keçirilib. 5 bölmədən və 590 səhifədən ibarət kitab Baş Prokuror Kamran Əliyevin müqəddiməsi ilə başlayır.

***

Media-turda Prezidentin hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərov da iştirak edir.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84