Baş Nazir öldürülən afroamerikalı üçün diz çökdü - Video

13:55 - 06 İyun
    1170 oxunma

Kanadanın Baş Naziri Castin Tryudo ABŞ-da polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun xatirəsini diz çökərək yad edib. 

O, bu addımı Ottava şəhərində fəalların təşkil etdiyi aksiya zamanı atıb. Məlumata görə, Tryudo mitinq başlayandan bir saat sonra mühafizəçilərilə birgə etirazçılara qoşulub.

Xatırladaq ki, ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floyd polis tərəfindən boğularaq öldürülüb. Buna etiraz olaraq ölkənin müxtəlif yerlərində aksiyalar başlayıb. Hökumət bir çox ştatlarda komendant saatı elan edib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84