Baş nazir koronavirusa yoluxdu

12:29 - 03 Avqust
    2235 oxunma

Kosovanın Baş naziri Avdullah Hoti də koronavirusa yoluxub.

Bu barədə Baş nazir özünün rəsmi "Facebook" hesabında məlumat verib. O, COVID-19 testinin nəticəsinin müsbət çıxdığını bildirib. Lakin yüngül öskürəkdən başqa simptom olmadığını deyib: "Bu gündən etibarən iki həftəliyə özümü izolyasiya edirəm. Vəzifəmi evdən icra edəcəm".

Qeyd edək ki, Kosovada bu vaxta qədər 8 min 799 nəfərdə koronavirus aşkarlanıb. Epidemiya səbəbindən 249 nəfər həyatını itirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84