Baş Nazir: Futbol çempionatı bərpa olunmayacaq!

18:44 - 28 Aprel
    2555 oxunma

Fransa Milli Futbol çempionatı (Liq 1) koronavirus pandemiyası səbəbindən bərpa olunmayacaq.

Bizimxeber.az-ın “France Football” jurnalına istinadən verdiyi məlumata görə, Fransanın Baş Naziri Eduard Filipp bildirib ki, 5000 nəfərdən çox insanın qatıldığı idman yarışları sentyabra qədər keçirilə bilməz. Baş Nazir bu baxımdan 2019-2020-ci il futbol mövsümünün də bərpa olunmayacağını deyib.

Qeyd edək ki, UEFA milli çempionatların avqustun 2-dək bitirilməsini tövsiyə edib.

Futbol üzrə Fransa çempionatı 28 turdan sonra dayandırılıb. Çempionatda 38 oyun keçirilməlidir.

Son məlumata görə, Fransada indiyədək 165 mindən çox insan koronavirusa (COVID-19) yoluxub, 23 mindən soç insan pandemiyanın qurbanı olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84