Baş infeksionistinə Konqresdə ifadə vermək qadağan edildi

11:15 - 02 May
    1285 oxunma

Ağ Ev Allergiya və İnfeksion Xəstəliklər Milli İnstitutunun rəhbəri Entoni Fauçiyə Konqresdə ifadə verməyi qadağan edib.

Bu barədə “RİA Novosti” Konqresin Assiqnasiya Komitəsinin nümayəndəsi İven Hollanderə istinadən xəbər verib.

İ.Hollanderin sözlərinə görə, komitə E.Fauçini gələn həftə koronavirusla mübarizə mövzusunda keçiriləcək dinləmələrə dəvət etmək istəyib, lakin Ağ Evin ona ifadə verməyi qadağan etdiyi məlum olub.

Ağ Evin sözçüsü Cadd Dir baş infeksionistin koronavirusla mübarizənin qızğın dövründə dinləmələrdə iştirakının faydasız olduğunu bildirib.

Aprelin 30-da E.Fauçi yüz milyonlarla doza koronavirus peyvəndinin 2021-ci ilə qədər hazır ola biləcəyini açıqlamışdı. O, bunu həyata keçirən komandaya daxil olduğunu əlavə etmişdi.

Son məlumatlara görə, ABŞ-da 1 131 452 nəfər koronavirusa yoluxub. Bu günə qədər 65 776 nəfər bu xəstəlikdən ölüb, 161 563 nəfər isə sağalıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84