.
.

"Barəmdə vahabi, fətoçu, İsrail agenti ifadələri məhz bu mənbədən tirajlanır" - Deputat

23:36 - 21 İyul
    3894 oxunma


“Hər bir yazını paylaşandan az keçmiş kollajlar paylaşılır. Bunlar xüsusu olaraq yaradılmış azərbaycanlılardan ibarət “Qumcuq” qruplarıdır”.

Bizimxeber.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, bu işdə ən azı 20 nəfər maaş alır: “Bunlar həm də ayrı-ayrı şəbəkələrdə şəxsimlə,  valideynlərimlə bağlı böhtançı, təhqiramiz rəylər tirajlayırlar. Saxta profildən yazılan böhtan və təhqirləri araşdırarkən baxırsan ki, həmin səhifələrə məlum din adamlarının təbliğatı aparılır. Söyüşlə, təhqirlə ictimai rəydə nüfuzunu aşağı salmağı hədəflləyirlər.

Maraqlıdır ki, bu qumcuqların əksəriyyəti tipik danabaşlardır. Yuxarıdakı şəklin altındakı ifadəni mənim yazdığım mətndən götürsələr də, öz məqsədlərnə uyğun dəyişiblər. Bu danabaşlarda yaradıcı qafa olmadığından    məntiqsiz cümlə alınıb. Barəmdə vahabi, fətoçu, İsrail agenti ifadələri də məhz bu mənbədən tirajlanır. Bizdəki danabaşları da oradan tapşırıqla bu təbliğata qoşurlar”.

Fotoları təqdim edirik

undefined




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84