Bank rəhbəri Pakistandakı təyyarə qəzasından sağ çıxdı - VİDEO - FOTO

17:00 - 22 May
    1000 oxunma

Mayın 22-də Pakistanın Karaçi şəhərində qəzaya uğramış Airbus A320-nin sərnişinlərdən biri fəlakətdən xilas ola bilib.

Bizimxəbər.az  “Dawn”a istinadən xəbər verir ki, Pəncab Bankın prezidenti Zəfər Məsudun ailəsi onun sağ qaldığını bəyan ediblər. Digər sərnişinlərin isə taleyi barədə hələlik dəqiq məlumat verilmir.

Məlumata əsasən, təyyarə qəza nəticəsində yaşayış məntəqəsinə düşüb. Faciə baş verdiyi yaşayış məntəqəsində 13 nəfərin həlak olduğu, 25-30 nəfərə yaxın insanın xəsarət alaraq xəstəxanalara çatdırıldığı bildirilir. Ölən və xəsarət alanların dəqiq sayı açıqlanmır.

Qeyd edək ki, mayın 22-də Kəraçidə qəzaya uğramış "Pakistan Hava Yolları" təyyarəsinin göyərtəsində 90 sərnişin və 8 ekipaj üzvü olub. Şəhərin meri bildirib ki, faciə nəticəsində sağ qalanların olduğunu gözləməyə dəyməz. Şirkətin nümayəndəsi Əbdül Hafiz bu məlumatı təsdiqləyib. 

Xatırladaq ki, Airbus A320 layneri Lahordan Karaçiyə daxili uçuş yerinə yetirmiş və Cinna beynəlxalq hava limanının yaxınlığında qəzaya uğrayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84