. .

Balidə itmiş sualtı gəmidəkilərin 2 günlük oksigeni qalıb

17:42 - 22 Aprel
    9338 oxunma

"İndoneziyanın Hərbi Dəniz Donanmasının itmiş sualtı gəmisində 53 heyət üzvünün şənbə gününə qədər yaşaması üçün oksigeni var."

Bizimxeber.az "Jakarta Post"-a istinadən bilririr ki, bu barədə ölkənin hərbi Qərargahının rəhbəri admiral Yudo Marqono bildirib. 

"Ümid edirəm ki, şənbə gününə kimi gəmini və heyət üzvlərini sağ salamat tapa biləcəyik"- deyə admiral bildirib. 

Hərbi dəniz donanmasının nümayəndəsi admiral Julius Vijoyono isə bildirib ki, axtarış qrupları neft ləkəsinin olduğu ərazilərdə cəmləşib, amma gəminin dəqiq yeri hələ də müəyyənləşdirilməyib. Axtarışlara altı döyüş gəmisi və vertolyot iştirak edir.

Həmçinin Hindistan, Malayziya və Sinqapur da xilasetmə gəmilərini axtarış əməliyyatı sahəsinə göndərib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84