"BakuBus"ın rəhbəri yenidən dəyişdi

13:01 - 08 Oktyabr
    890 oxunma

Bu ilin əvvəlindən Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus "BakuBus” MMC-yə rəhbərlik edən İlqar İbrahimov vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik direktor müavini Azər Qasımova həvalə olunub.

Xatırladaq ki, "BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84