“BakuBus” 2.8 milyonluq müqavilə bağladı - Tender

16:41 - 24 Sentyabr
    1105 oxunma

"BakuBus" MMC istismarında olan “İveco” markalı avtobuslar üçün tələb olunan ehtiyat hissələrin satınalınmasına dair tenderə yekun vurub.  Bizimxeber.az xəbər verir ki, tenderin qalibi “Az-Tex-İmport” MMC olub. “Bakubus” tələb olunan ehtiyat hissələrini almaq üçün sözügedən şirkətə 2 888 493.69 AZN ödəyəcək.

İqtidasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Az-Tex-İmport” MMC 19 iyul 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, ev 2347/48, mənzil 290-da yerləşir. MMC-nin qanuni təmsilçisi İbadullayev Samir Sahib oğludur.

Samir Abdullayev barədə açıq mənbələrdə yalnız onun “AG Bank” tərəfindən məhkəməyə verilməsi barədə məlumat var. Bank şirkət rəhbərini 2017-ci ildə kredit borcuna görə məhkəməyə verib və iddia qismən edilib.    

“Az-Tex-İmport” MMC-yə gəlincə, şirkət bu ilin fevralında Bakı Nəqliyyat Agentliyinin 3 ədəd evakuatorun satın alınmasına dair tenderin qalibi olub və tərəflər arasında maliyyət dəyəri 294 900 AZN olan müqavilə bağlanıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84