Bakıya yeni qaz sayğacları gətirilir - Funksiyaları AÇIQLANDI

17:10 - 26 Yanvar
    8320 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

“Azəriqaz” İstehsalat Birliyi son 10 ildə iki növ sayğacdan istifadə edir: Mexaniki-elektron və əvvəldən ödənişli (smart-tipli) sayğaclardan. Ən müasir əvvəldən ödənişli (smart-tipli) 60 min ədəd sayğac gələn ay Bakı şəhərinə gətiriləcək”. 

Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

“Bu sayğacların da paylanmasına və quraşdırılmasına başlanılacaq. Yeni smart-tipli sayğacların əvvəlkilərdən daha çox funksiyası mövcuddur. Abonentləri narahat edən bloka düşmə, kartın oxunmaması, kartda rəqəmlərin görünməməsi və s. proseslər bu sayğaclarda yoxdur.

Həmçinin mexaniki-elektron tipli sayğaclara da əlavə xüsusi qurğular quraşdırılır. Həmin avadanlıq vasitəsilə sərfiyyatın kənardan görünməsi, borclu abonentlərin qazının açılıb-bağlanması proseslərini həyata keçirəcəyik. Həmin sayğaclar onlayn rejimdə olacaq. Köhnə smart-tipli sayğaclarda biz sərfiyyatı görə bilmirdik. Həmin smart-tipli sayğaclardan imtina etməmişik. Abonentlərimizi narahat edən məsələyə də həssaslıqla yanaşırıq”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84