Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirildi - Fotolar

15:28 - 19 Noyabr
    2170 oxunma

Ölkə başçısı İlham Əliyevin şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən işlərin yeni səviyyəyə çatırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qoyduğu tapşırıqların icrası həyata keçirilir. 

Bu işlər çərçivəsində paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına ötən il Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb, bu il də bu işlər davam etdirilir.

Bu gün ölkəmizin müharibə şəraitində olmasına və koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin genişləndirilməsinə baxmayaraq bu il üçün alınması nəzərdə tutulan 25 ədəd Almaniya istehsalı olan xüsusi təyinatlı avtonəqliyyat vasitəsınin 16-sı artıq Bakıya gətirilib, qalanları da ilin sonuna kimi gətiriləcək.

Yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaq. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tullantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Avtonəqliyyat qarajında təşkil olunmuş təqdimat mərasimində yeni gətirilmiş xüsusi təyinatlı avtonəqliyyat vasitələri və mexanizmlər, onların texniki göstəriciləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın Mott MacDonald şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərində böyük kömək olacaq. Yeni, müasir texnikaların tətbiqi şəhərimizin sanitar təmizliyinin yüksəlməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərərək Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən biri olmasına yardımçı olacaq.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84