Bakını təhdid edən erməni rejissor Kəlbəcəri ağlayaraq tərk etdi - VİDEO

15:13 - 14 Noyabr
    2000 oxunma

“Füzuli, Ağdam bizimdir. Bakı isə növbətidir”. Bu sözləri vaxtı ilə erməni rejissor Arşak Zakaryan deyib. O, Dağlıq Qarabağın həmin vaxt işğal olunmuş ərazisində istiqamət göstəricisinin yanında dayanaraq sərsəmləyir, “Bilirsiniz, bunu niyə saxlamışıq. Ona görə ki, siz biləsiniz: əgər bir də bizi “öz torpaqlarımızdan” (?) çıxarmaq istəsəniz Bakıya kimi necə gedəcəyimizi bilirik. Füzuli, Ağdam bizimdir. Bakı isə növbətidir”, - deyib.

Qeyd edək ki, türklərə nifrəti ilə tanınan və bununla əlaqədar filmlər çəkən Zakaryan Birinci Qarabağ müharibəsi dövründə separatçı rejim üçün Los-Ancelesdən dəfələrlə yardım gətirib. Əvəzində isə o, Azərbaycanın işğal olunmuş dilbər guşəsi Kəlbəcərdə böyük restoranın sahibi olub.

Lakin ədalət öz yerini tapdı. Şücətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarını azad etdi. Bu dəfə də Zakaryan azərbaycanlıların qanı üstündə tikdiyi varidatını ağlaya-ağlaya qoyub getməli oldu.

Necə deyərlər? Bəs nə oldu Zakaryan? Bakıya kimi gedəcəkdin?..

Yeri gəlmişkən onu da bildirək ki, erməni rejissor həmçinin mütəşəkkil cinayətkarlığa görə, ABŞ-da həbsdə yatıb. Onun qardaşı həmin cinayətə görə 85 il müddətinə azadlıqdan məhrum edilib, bacısı Anait isə səhvən azadlığa buraxılıb, bundan sonra isə qaçıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84