. .

Bakıdan qayıdan Lukaşenko Putinlə danışdı - Qarabağdakı vəziyyəti müzakirə ediblər

12:30 - 15 Aprel
    14514 oxunma

"Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub. İkitərəfli gündəlikdə duran bəzi mühüm məsələlər müzakirə edilib, Rusiya-Belarus müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb".

Bizimxeber.az bildirir ki, bu barədə "Ria Novosti" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, telefon danışığı zamanı Belarus liderinin Azərbaycana səfəri kontekstində Dağlıq Qarabağda nizamlanma məsələsini müzakirə edilib.

Qeyd edək ki, aprelin 13-14-də Lukaşenko Bakıda işgüzar səfərdə olub, Azərbaycan Prezidenti İlham əliyevlə danışıqlar aparıb. Aleksandr Lukaşenkonun Azərbaycana səfəri kontekstində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunulub. Əlaqələrin müxtəlif səviyyələrdə davam etdirilməsi haqqında sazişlər imzalanıb.

 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84