Bakıda xəstəxanada daha iki ölüm - Koronavirus şübhəsi

11:57 - 05 İyun
    1075 oxunma

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki xəstə ölümü qeydə alınıb. 

Bizimxeber.az xəbər verir ki, 1950-cı il təvəllüdlü xəstə iyunun 3-də saat 15:20-də ETACXİ-yə daxil olub. Ağır vəziyyətdə xəstəxanaya daxil olmuş pasiyent dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən ona zəruri müalicə tədbirləri təyin olunub.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, bu gün kəskin ağciyər-ürək çatışmazlığı, kəskin respirator distres sindrom, ürəyin işemik xəstəliyi, aterosklerotik kardioskleroz, ikitərəfli pnevmoniya, ağır gedişli beyin qan dövranının pozulması, ensefalopatiya diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb. 

Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölüm faktını Oxu.Az-a təsdiq edib.

Qeyd edək ki, İnstitutda bundan başqa daha bir ölüm faktı qeydə alınıb. Ölənlərdən digərinin COVID-19-a yoluxan xəstələrdən biri olduğu deyilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84