Bakıda temperatur -3C aşağı düşdü - Yollarda xüsusi texnikalar görünmür - FOTOLAR

01:08 - 24 Fevral
    12280 oxunma


Bakıda ötən gün axşam saatlarında başlayaraq şaxta və çovğunla müşayiət olunan qar yağır. 

Bizimxeber.az bildirir ki, Bakıda da daxil olmaqla, Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda və Abşeron yarımadası ağ örtüyə bürünüb.

Bakı kəndlərində temperatur -3C-yə çatır. 

Küləklə müşayət olunan çovğunlu qarın fəsadları barədə hələlik heç bir rəsmi məlumat yayılmayıb.

01:50

Axşam saat 01:50 radələri olmasına baxmayaraq, Suraxanı dairəsi, Aeraport-Bilgəh yolunda heç bir xüsusi texnikaya rast gəlinmir. Yolların təmizlənməsi, qum və duz səpilməsi hələlik baş vermir. 

02:00

Aeraport yolu tamamilə buz bağlayıb və hərəkət məhdudlaşıb. 

Vəziyyətin hansı həddə olduğu səhər saatlarında çılpaqlığı ilə görünəcək, aidiyyatı qurumların qışa hazır olub-olmadığının aşkar şahidi olacağıq. Qış fəsili başlayandan Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın qışa hazır olduğu iddialarını durmadan təkrarlayır. 

Həmçinin ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynov bir daha bildidi ki, gözlənən hava şəraiti ilə əlaqədar Bakı şəhər və paytaxtın rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib. 

Qeyd edək ki, soyuq hava şəraiti, qarın yağacağı, çovgun olacağı barədə Milli Hidrometeorologiya Departamenti bir neçə gündür məlumat verib. Yəni, məlum vəziyyət bizi ani yaxalamayıb. Üstəlik aidiyyatı qurumlar məlum vəziyyətə hazır olduqlarını bəyan ediblər.

Səhər açıldıqda bu qurumların qışa necə hazır olduğunun bir daha şahidi olacağıq.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84