Bakıda siyasi partiyaların toplantısı keçirilir

12:06 - 03 Oktyabr
    1045 oxunma

Bakıda siyasi partiya rəhbərləri ilə “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” mövzusunda videokonfrans formatında görüş keçirilir.  Bizimxeber.az bildirir ki, görüşə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də qatılıb.

O, çıxışında bildirib ki, sentyabrın 27-də səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədib.  “Düşmənin iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutması nəticəsində cəbhə boyu rayonlarda mülki əhali və hərbi qulluqçular arasında həlak olanların və yaralılar var”, - deyə o qeyd edib. Sonra işğal olunmuş ərazilərin azadlığı uğrunda döyüşlərdə şəhid olan Azərbaycan hərbçilərinin, həmçinin mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ədalət Vəliyev bildirib ki,  Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalini, kəndləri, şəhərləri, infrastruktur obyektlərini hədəf alaraq artilleriya atəşinə məruz qoyması beynəlxalq hüquqa ziddir və bu təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır. 

PA rəsmisi siyasi partiyaların Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yaymasının milli həmrəyliyi təcəssüm etdirdiyini vurğulayıb, ölkədə siyasi dialoqun bundan sonra da davam etdiriləcəyini bildirib.

Bizimxeber.az

 
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84