Bakıda şirkət rəhbəri həbs olundu

12:30 - 08 Yanvar
    1400 oxunma

Bakıda vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə 10-50 manat pul müqabilində qanunsuz olaraq işə götürən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizimxeber.az-a  verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şirkət təsisçisi və direktoru olan Bakı şəhər sakini S.Hüseynzadənin 1190 nəfər vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə 10-50 manat pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84