Bakıda sərnişin maska taxmağı tələb edən sürücünü vurub - VİDEO

19:19 - 25 Avqust
    3810 oxunma

"Avtobusdan istifadə edən hər bir sərnişin müəyyən olunan qaydalara və sürücünün tövsiyələrinə əməl etməlidir. Mövcud pandemiya şəraitində isə bu olduqca vacibdir". Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə,  13 nömrəli marşrut xətti üzrə avtobusun sürücüsü sərnişinə qoruyucu tibbi maskadan düzgün istifadə etməyi tövsiyə edib. Sərnişin buna əməl etmədiyindən sürücü də avtobusu sürməyəcəyini bildirib. Sonda sərnişin sürücüyə qarşı güc tətbiq edərək onu vurub.

Sərnişinin şəxsiyyətinin müəyyən edilərək törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara müraciət olunub: "Avtobuslarda qoruyucu tibbi maskadan istifadə mütləqdir və buna əməl olunmaması inzibati məsuliyyət yaradır. Ümumi sağlamlığımızın qorunması və lüzumsuz cərimələnməmək üçün sərnişinlərimizdən bu qaydaya əməl etmələrini xahiş edirik".

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84