Bakıda qohumunu boynundan güllə ilə vurub öldürdü - VİDEO

20:30 - 13 May
    1600 oxunma

2018-ci ilin noyabr ayının 17-də Şüvəlan qəsəbəsində, “Pansionat” adlanan ərazidə Laçın sakini, 34 yaşlı Qorxmaz Əliyev qisas almaq məqsədilə kustar üsulla hazırlanmış tapançadan iki dəfə atəş açaraq, 41 yaşlı tanışı Sərvər Quliyevi yaralayıb.

BAKU.TV xəbər verir ki, zərərçəkmiş xəstəxanaya yerləşdirilib, şübhəli şəxs isə həmin gecə Xəzər RPİ-yə təslim olub. Yaralanan S.Quliyev bir müddətdən sonra vəfat edib.

İstintaqla müəyyən edilib ki, Q.Əliyev 2018-ci ilin noyabr ayının 17-də Şamaxıda keçirilən toy məclisindən qayıdarkən mikroavtobusda qohumu Anar Hüseynovun sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməsinə görə iradını bildirib və yumruqla onun üz nahiyəsinə zərbə vurub.

Həmin gün saat 23-də Şüvəlan qəsəbəsində yerləşən “Maşınqayırma” pansionatının ərazisində, yaşadığı evin yaxınlığında olarkən avtobusda baş vermiş mübahisəyə görə Anar Hüseynovun ögey qardaşı Sərvər Quliyev Qorxmaz Əliyevə yaxınlaşıb və qəflətən başı ilə onun sifətinə zərbə endirib.

Alın nahiyəsindən yüngül dərəcəli xəsarət alan Q.Əliyev bundan hiddətlənərək, qisas almaq üçün üstündə olan kustar üsulla hazırlanmış tapançanı çıxarıb və Sərvər Quliyevin boyun nahiyəsinə iki dəfə atəş açaraq, onu öldürüb.

Q.Əliyevin sözlərinə görə, atəş açarkən Sərvər onu təpikləyib, həmin anda silah Qorxmazın əlində əyilib və güllə boyun nahiyəsinə tuş gəlib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qorxmaz Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.

Ətraflı süjeti təqdim edirik:

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84