Bakıda qeysəriyyədən sonra körpə öldü - Ailə şikayətçidir+Foto

14:38 - 25 Mart
    195099 oxunma

Bakıda qeysəriyyə əməliyyatından sonra uşaq vəfat edib. “Bizimxeber.az”a müraciət edən vətəndaş Qalib Salahov bildirib ki, qızı Ayşən Əfqanlı Gömrük Hospitalının həkimi Nərmin Muradovanın pasiyenti olub: “Hamiləlik vaxtı bütün müayinə və doppler analizləri aparılmışdı.

Bizə deyilmişdi ki, təbii doğuş aprelin 18-də olacaq. Amma martın ortasında həkim Nərmin Muradova qızıma deyib ki, apreldə mən Azərbaycanda olmayacağam, gəl indi əməliyyatla uşağı götürək. Ama uşağın əməliyyatla götürülməsi üçün heç bir tibbi səbəb olmayıb. Martın 19-da Gömrük Hospitalında əməliyyat olunub və uşağın ağciyrələri açılmamış həkim onu götürüb. Buna görə də körpədə xəstəliklər yaranıb.

Onu küvezə yerləşdirdilər və bu formada müalicəsinin davam etdirilməsi üçün bizdən 4 min manat istədilər.

O pulu verməyə imkanımız çatmadığı üçün uşağı OMD xəstəxanasəna köçürdük. Körpə əməliyyat vaxtı aldığı travmalara görə martın 23-də orada vəfat etdi. Mənim nəvəm həkimin acgözlüyü nəticəsində öldü. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm, araşdırma aparılır”.




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
 
  [email protected] 
  [email protected]

  Mobil və Whatsapp  -  (077) 611-44-00