Bakıda qaz sayğacı QALMAQALI - 3 Ay sonra borclu çıxdı

14:16 - 29 Yanvar
    7680 oxunma

SİZİN REKLAM YERİNİZ
SİZİN REKLAM YERİNİZ

Abşeronda smart kartla olan qaz sayğacı dəyişdiriləndən 3 ay sonra abonentə 216 manat cərimə gəlib. Bizimxeber.az xəbər verir ki, problemlə bağlı abonent, Abşeron rayonu Novxanı qəsəbə sakini Elman Həsənov özü məlumat verib.

O, bildirib ki, 3 ay əvvəl Abşeron rayon qaz idarəsinin Novxanı qəsəbəsi üzrə nümayəndəsinin iştirakı ilə özlərinin smart sayğacı mexaniki sayğacla əvəzlənib. Şikayətçinin sözlərinə görə, balansda qalan 60 manat limit istifadə etmək üçün yeni sayğaca yüklənib. Lakin həmin nümayəndə 3 aydan sonra abonentə bildirib ki, abonentin smart tipli sayğacı laboratoriyada yoxlanılıb və düzgün işləmədiyi məlum olub. Buna görə də, abonentə əslində 216 manat borcu olduğu deyilib.

Şikayətçi təkcə özünün deyil, bir neçə qonşusunun da mövcud problemlə üzləşdiyini bildirib. Bundan əvvəl də dəfələrlə abonentlərin sözügedən problemi yaşadıqlarını eşitmişdik. Belə ki, əksər insanlara sayğaclarının dəyişdirilməsindən uzun müddət sonra nasazlıq barədə cərimə gəlib. Şikayətçilər bunu “Azəriqaz” əməkdaşlarının dələduzluğu kimi qələmə verərək, bir çox hallarda onlardan “şirinlik” tələb etdiklərini deyiblər. Məhz həmin “şirinlik” müqabilində abonentlərin laboratoriyada “qeydə alınan” cərimələri silinib.

Sosial şəbəkədə sayğac dələduzluğu ilə bağlı bir çox şikayətlərlə rastlaşırıq. Bakı sakini Elyar İslamoğlu bildirib ki, qazımız əvvəl smart kartla idi: “Sonra "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları gəlib, bizə xəbər vermədən sayğacı dəyişdirib, qazı da bağlayıb gediblər. Nə istifadə qaydası deyilib, nə də təlimat və sayğac nömrəsi verilib”.

Şikayətçi, müasir smart tipli qaz sayğacının onlara xəbər verilmədən köhnə model qaz sayğacı ilə əvəz edilməsinin səbəbini isə bilmir: "Müasir sayğac şəffaf idi, köhnədən çox fərqlənirdi. Yəqin ki, bu sayğaclarda yeyinti edə bilmirdilər deyə, müasir sayğacı dəyişərək yerinə köhnə model qoyublar".

Məsələ ilə bağlı danışan “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov problemlə bağlı vətəndaşın şikayətinə baxılacağını deyib:

“Mən həmin abonentə şərait yarada bilərəm ki, satış departamentinə yaxınlaşsın. Orada nə sualları olsa qəbul edəcəklər. Satış departamentimiz Babək prospektində “Volkswagen” avtosalonun yanında yerləşir. Orada vətəndaşa nə qaranlıq məqam varsa aydınlıq gətiriləcək”.

Qurum rəsmisi həmçinin niyə görə daha təkmilləşdirilmiş smart tipli sayğaclardan mexaniki sayğaclara keçilməsinin səbəblərinə aydınlıq gətirib: “Smart kart sayğaclarının alınmağını ötən ilin əvvəlindən demək olar ki, azaltmışıq. Çünki həmin sayğacları aldığımız Fransanın İtron Gallus şirkəti tenderin qalibi olmamışdı və müəyyən problemlər olduğu üçün satışı dayandırdıq.

Almaniyanın smartkart sayğacları istehsal edən Zeynner şirkəti tenderin qalibi olub və onunla müqavilə imzalamışıq. Ancaq həmin sayğacların test mərhələsi var idi. 200 sayğacı test etmişik, artıq gələn həftənin birinci günündən 30 min smart kartla işləyən sayğacı quraşdıracağıq. İlkin mərhələdə mexaniki sayğaclardan şikayət edən və ərizə yazan abonentlərin sayğacları dəyişdiriləcək. Halbuki onların şikayətlərində hər hansı problem təsdiqini tapmamışdı, lakin biz yenə də qəbul etmişdik. Sonra isə hansı abonentin sayğacının 5 illik dövlət yoxlanışının vaxtı çatırsa onlar dəyişdiriləcək”. (Lent.az)

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84