.
.

Bakıda qar yağacaq, çovğun olacaq 

13:39 - 10 Mart
    6080 oxunma


Bakıda və Abşeron yarımadasında martın 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi, martın 11-də arabir yağış yağacağı, 12-də gündüz yağışın sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, martın 12-də günün ikinci yarısında çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək, martın 12-dən 13-nə keçən gecə 0 dərəcə olacaq.

Martın 11-i gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 13-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, 15-20 m/s, martın 12-də arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84