Bakıda iki avtobus toqquşdu: Ölən var - FOTO / VİDEO

14:51 - 28 May
    1085 oxunma

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Əhmədli qəsəbəsində qeydə alınıb.

Qəza ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Videogörüntülərdə mikroavtobus ilə 44 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun toqquşduğu müşahidə olunur.

Hadisə nəticəsində ölən və yaralananlar var.

TƏBİB-dən yol-nəqliyyat hadisəsi ilə bağlı daxil olan ilkin məlumata görə, hadisə nəticəsində 62 yaşlı bir nəfər vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84