Bakıda Fransa səfirliyi qarşısında etiraz aksiyası - FOTO

13:13 - 20 Noyabr
    1580 oxunma

Bu gün Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları Fransa Senatında qondarma rejimin tanınması ilə bağlı müraciətin müzakirəyə çıxarılmasına etiraz ediblər.

Aksiyada 13 vətəndaş cəmiyyəti adından Fransanın Azərbaycandakı səfirliyinə müraciət edilib.

Etiraz aksiyasının iştirakçısı, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının üzvü Nərgiz Xələf Trend-ə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bütün dünya və beynəlxalq təşkilatlar tanıyır. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi olsa da, həmin sənədləri Azərbaycan hərbi gücü hesabına icra etdi.

Belə bir halda Fransa Senatının bu cür qondarma məsələyə baxmaq cəhdi Azərbaycanın vətəndaş cəmiyyəti tərəfindən etirazla qarşılanır, bu etiraz müraciətimizi səfirlik vasitəsilə Fransa Senatına çatdırmaq istəyirik. tələb edirik ki, Fransa Senatında nəinki bu məsələyə baxılmasın, Fransa senatı bu məsələ ilə bağlı münasibət bildirməlidir. Qarabağ Azərbaycandır, Azərbaycan vətəndaş cəmiyyəti də dövlətimizə, xalqımıza və ordumuza həmrəydir".

Bakıda Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...

Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84