.
.

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

11:49 - 29 Mart
    7040 oxunma


Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 299 saylı məktəb liseydə dərslərin distant formada keçirilməsi qərara alınıb. 

Bizimxeber.az bildirir ki, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Dərslər iki həftə distant formada davam etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Bakıdakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı orta məktəblər) əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84