.
.

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

12:13 - 03 Mart
    6120 oxunma

Bakı Təhsil İdarəsi Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 106 saylı tam orta məktəb koronavirusa görə distant təhsilə keçməsi ilə bağlı məlumata aydınlıq gətirib. 

106 nömrəli tam orta məktəbdə 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər direktor müavininin COVİD-19 testi pozitiv çıxıb.  Bu səbəbdən Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Bununla əlaqədar məktəbin fəaliyyəti 7 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.
 
10.35

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 106 saylı tam orta məktəb koronavirusa görə distant təhsilə keçib. Məktəbdən Qaynarinfo-ya verilən məlumata görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə təhsil müəssisəsi martın 1-də fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Buna səbəb təhsil müəssisəsində çalışan əməkdaşın evində COVID-19-lu xəstələrin olmasıdır: "Lakin məktəbdə müəllim və ya şagirdlər arasında yoluxma faktı olmayıb. Növbəti həftədən - martın 9-dan məktəbdə tədrisin bərpası nəzərdə tutulur”.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84