Bakıda 3 mərtəbəli yeni metro stansiyası açılır

11:32 - 09 May
    1445 oxunma

"Şərti adı "B3” olan metro stansiyası bu ilin sonunda təhvil verilə bilər”. 

Bizimxeber.az xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, stansiyada son yekunlaşma işləri aparılır: “Stansiya 3 mərtəbəli olacaq. Artıq 17 eskalator quraşdırılıb. Stansiyada sərnişinlər üçün liftlərin quraşdırılması da nəzərdə tutulur.  Aparılan işlər, demək olar ki, yekunlaşıb. Karantin rejimi ilə əlaqədar sərhədlərin bağlı olması zəruri avadanlıqların əldə olunmasına çətinlik yarada bilər.

Bu kimi məqamlar olmazsa, ilin sonunda stansiyanın açılışı gözlənilir”.

Qeyd edək ki, bu günə qədər metro stansiyaları arasında ən hündürü 5 mərtəbəli “Əcəmi 2” stansiyasıdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84