Bakıda 15 milyona satılan villa kimindir? - Fotolar

19:52 - 02 May
    3705 oxunma

Bakının Tbilisi prospektində yerləşən iqamətgah 15 milyon manata satışa çıxarılıb.

Bizimxeber.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qulu İbrahimli sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, 15 milyonluq villa Rusiyada yaşayan azərbaycanlı neft milyarderi Vahid Ələkbərova məxsusdur. İqtisadçı ekspert bu iddiasına neftin qiymətinin kəskin düşməsi ilə əlaqələndirib:

"Rusiyanın "Lukoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov Bakıdakı məşhur iqamətgahını 15 milyon manata (8,8 milyon dollar) satışa çıxarıb. Görünür, neftin qiymətinin kəskin düşməsi milyarderi Bakıdakı iqamətgahının saxlanması xərclərindən də azad olmağa vadar edib. Tbilisi prospekti, Avropa Oteli və Heydər Əliyev adına İdman Sarayının yaxınlığında yerləşən gözəl 3 mərtəbəli iqamətgah 36 sot torpaq sahəsinə və 1500 kvadratmetr ümumi tikili sahəsinə malikdir. İqamətgah xüsusi dizayn olunmuş mebellərlə, lampalar, qablar, rəsm əsərləri və s. ilə tam təchiz olunub. Yaxşı baxılmış mevə və dekorativ ağacları olan gözəl bağı var.”

 

Bakıda 15 milyona satılan villa kimindir? - Fotolar

Bakıda 15 milyona satılan villa kimindir? - Fotolar

Bakıda 15 milyona satılan villa kimindir? - Fotolar

Bakıda 15 milyona satılan villa kimindir? - Fotolar

Bakıda 15 milyona satılan villa kimindir? - Fotolar

Bakıda 15 milyona satılan villa kimindir? - Fotolar


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84