. .

Bakı zooparkı nə vaxt açılacaq?  

13:00 - 13 Aprel
    11612 oxunma

“Zooparkda işlər yekunlaşmaq üzrədir. Çalışacağıq ki, yay aylarında vətəndaşlarımızı sevindirək”. 

Bunu mətbuata Bakı Zooparkının direktoru Azər Hüseynov bildirib. Onun sözlərinə görə, pandemiya ilə əlaqədar işlərdə ləngimələr olsa da, zooparkın tikintisi yekunlaşmaq üzrədir.

“Zooparkımıza yeni heyvanlar – kaymanlar, manqus, Amur pələngi gətirmişik. Meymunlardan, dəvəquşlarından bala alınıb, artım da var. Yeni zooparkda yeni heyvanları görəcəksiniz. Ayılarımız da çoxdur. Qafqaz qonur ayıları bizdə 8 başdır. İndi onlar üçün böyük yer tikilib, çox gözəl olacaq.

Heyvanları indi karantin rejimində saxlayırıq. Xəstəliklə əlaqədar məhdud sayda adam gedib onlara qulluq edir. Hələ ki, zooparkımızda heyvanlar arasında yoluxma halına rast gəlməmişik. Praqa zooparkında işçilərdən şirlərə koronavirus keçmişdi. Bizdə isə belə hal yaşanmayıb”.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84