Bakı sakinləri zibillikdən şikayət edir, İcra Hakimiyyəti isə  – VİDEO

15:32 - 24 İyun
    1225 oxunma

Binəqədi sakinləri zibillikdən şikayətçidir.  Bizimxeber.az bildirir ki, bu barədə oxu.az-a rayonun M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 63F ünvanında yaşayanlardan biri məlumat verib. Sakinin sözlərinə görə, əraziyə kənardan ağac qırıntıları, taxta və əlavə məişət tullantıları atılır:

“Ərazidə təmizlik işləri aparılmır. İsti yay günlərində üfunətdən küçəyə çıxmaq olmur. Ötən dəfə təmizləyib getmişdilər. Lakin zibilliyin əlverişsiz yerdə olması ətrafda yaşayan sakinlərin bura inşaat materialları və digər tullantıları atmasına səbəb olur. Hər gün gördüyünüz vəziyyət hökm sürür”.

Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyətindən bildiriblər ki, vətəndaşın şikayəti tamamilə əsassızdır: “Məsələ ilə bağlı bildirmək istəyirik ki, sakinlərin istifadəsində olan zibil meydançası uzun illərdir həmin ərazidə yerləşir. Bununla yanaşı, qeyd edilən ərazidə vətəndaşlar tərəfindən atılan məişət tullantıları öncədən müəyyən edilmiş qrafikə uyğun olaraq mütəmadi olaraq təmizlənir”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84