Bakı-İstanbul reysi Ermənistan üzərindən uçdu

12:37 - 27 Dekabr
    1840 oxunma

Bir neçə saat əvvəl “Turkish Airlines” aviaşirkəti Bakı ilə İstanbul arasında Ermənistanın hava məkanının üzərindən tarixi reys həyata keçirib.  Bizimxeber.az haqqin.az-a istinadən bildirir ki, bununla da Ermənistan öz hava məkanını Türkiyə və Azərbaycanın mülki təyyarələri üçün açıb.

İndiyədək Azərbaycan və Türkiyə sərnişin təyyarələri Gürcüstanın hava məkanından uçmağa məcbur olurdu ki, bu da daha uzun məsafəni qət etmək demək idi. 

Rəsmi mənbələr hələlik bu məlumatı şərh etmirlər. Lakin güman edilir ki, Azərbaycan və Türkiyə təyyarələrinin Ermənistan üzərindən uçuşları 10 noyabrda bağlanmış sazişdən sonra mümkün olub. Bu sazişə əsasən, tərəflər arasında bütün nəqliyyat kommunikasiyaları açılmalıdır. Üçtərəfli bəyanat Rusiyanın humanitar yük daşıyan hərbi-nəqliyyat təyyarələrinə Azərbaycanın hava məkanından Ermənistana uçmağa imkanı verir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84