.
.

Bakı-Astara yolunda söküləcək obyektlər necə özəlləşdirilib? Ərazidə Həsənovun obyektləri varmı?

10:47 - 11 Mart
    51240 oxunma


Bakı-Ələt–Astara yolunun üzərindəki restoranlar və yanacaqdoldurma məntəqəsi sökülür. Bizimxeber.az bildirir ki, bununla bağlı iki ay öncə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma başlayıb. 

Məlum olub ki, obyektlərin yerləşdiyi kafe və yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsinin sənədləri qanunsuz olub. 

Təxminən bir ay öncə Korrupsiya İdarəsi tərəfindən magistral yolun üzərində yerləşən “Hacıoğlu”, “Ulduz”, “Cız-bız”, “Masallı” restoranları və SOCAR-ın yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Magistral yoldan bu obyektlərə girişi təmin edən yol da bağlanılıb.

Artıq SOCAR-ın yanacaqdoldurma məntəqəsi başda olmaqla sözügedən obyektlərin bir neçəsinin söküntüsünə başlanılıb.

Məlumata görə, “Ulduz” kafesinin yerləşdiyi torpaq sahəsi əvvəllər Meşə təsərrüfatının balansında olub. Sonra isə 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçib, daha sonra isə Əmlak Komitəsi həmin ərazini dövlət torpağı kimi balansına keçirib. Sahibkar isə Əmlak Komitəsi ilə müqavilə imzalayaraq torpağa dair alqı-satqı edib.

“Hacıoğlu” restoranı isə bələdiyyənin balansında olan torpaq sahəsində tikilib. 

Bizimxeber.az bildirir ki, bu ərazidə yerləşən kafe, restoran və diğər iaşə obyektləri yəqin ki, hazırda Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovun Əmlak Məsələləri Dövlər Komitəsinin sədri olduğu zaman özəlləşdirilib.

Hətta bir neçə il əvvəl Bakı-Ələt–Astara yolu üzərində yerləşən "Gülüstan" restoranı yanmışdı. Bu restoranın Kərəm Həsənova məxsus olduğu deyilirdi. Elə isə maraqlıdır, söküləcək obyektlər arasında sabiq Əmlak Məsələləri Dövlər Komitəsinin sədri Kərəm Həsənova məxsus obyektlər varmı? 

İlkin
Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84