Bahar Muradovadan qadınlarla bağlı ÇAĞIRIŞ - VİDEO

14:47 - 05 Dekabr
    3870 oxunma

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gender əsaslı zorakılıqla mübarizə məqsədilə başladılan “Qadınlara və qızlara dəstək olaq” layihəsi  çərçivəsində çağırış edib. 

Bu barədə qurumun rəsmi “Facebook” səhifəsində videogörüntü yerləşdirilib. O bildirib ki, Azərbaycanda məişət zorakılığı ilə mübarizəyə dair “2020-2023-cu illər üçün Milli Fəaliyyət planı”nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsini üçün səy göstərilir.

“Biz tərəfdaşlarımızla birgə güclünün zəif üzərində hökmranlığını dəstəkləyən sosial normalara qarşı vahid cəbhədə birləşərək qadın hüquqlarının təmin edilməsi və hər cür zorakılıqdan qorunması üçün birgə çalışacağıq, imkanlarımızı səfərbər edərək insan ləyaqətini alçaldan, ona fiziki, iqtisadi və psixoloji zərər vuran bu sosial bəlaya qarşı mübarizə aparacağıq.

Cəmiyyətimizin hər bir fərdinin sevgi və qayğıya layiq olduğunu nəzərə alaraq, hər kəsə və hamıya gəlin Gücümüzü deyil, Sevgimizi göstərək, deyəcəyik”. O qeyd edib ki, statistik məlumatlara əsasən, 2019-cu il ərzində məişət zorakılığı ilə bağlı 1308 cinayət törədilib: “Bu cinayətlər üzrə 1358 nəfər zərərçəkmiş şəxs qismində tanınıb ki, onlardan 1038 nəfəri, təəssüf ki, qadındır”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84