.
.

Bağçalar işləyəcək

12:02 - 05 Aprel
    5000 oxunma


Sabahdan Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri (bağçalar) ənənəvi qaydada fəaliyyətini davam etdirəcək.

Bakıda fəaliyyət göstərən bağçalardan verilən məlumata görə, sözügedən müəssisələrə sabahdan işə davam etmələri ilə bağlı tapşırıq verilib.

Qeyd edək ki, aprelin 5-dən bağçaların bağlanacağı ilə bağlı rəsmi məlumat yayılsa da, təhsil naziri Emin Əmrullayev canlı yayımda Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə bağçaların ənənəvi şəkildə fəaliyyətini davam etdirəcəyini vurğulamışdı. 

Bir qədər əvvəl isə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov qeyd edib ki, bağçalarla bağlı qısa müddət ərzində təfərrüat tam aydın olacaq.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84