Badamdarda sürüşmənin səbəbi açıqlandı - RƏSMİ
-
6400 oxunma

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakının Səbail rayonu, Badamdar qəsəbəsində torpaq sürüşməsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji Kəşfiyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov sürüşmə sahəsinə baxış keçirildiyini bildirib. "Baxış zamanı məlum olub ki, yanvarın 28-də ərazidə baş verən sürüşmə nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillərdən, əsasən də, son zamanlar atmofser yağıntıllarının təsirindən yerinin dəyişməsi qeydə alınıb.
Quruntun yerdəyişməsi sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu sadəcə olaraq dayanıqlığı pozulmuş suxur kütləsinin yerdəyişməsi kimi qiymətləndirilir", - o qeyd edib.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84