Azyaşlı oğluna velosiped oğurlatdıran ata tutuldu - Video

12:41 - 11 Avqust
    4175 oxunma

Abşeron rayonu Xırdalan şəhərində çoxmərtəbəli binaların yeraltı dayanacaqlarında velosipedləri oğurlayan şəxs saxlanılıb. 

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Xırdalan şəhər sakini Mahir Mirzəbəyov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs azyaşlı oğlunu binaların dayanacaqlarında sakinlərə məxsus velosipedləri oğurlamağa təhrik edib. Mahir Mirzəbəyov isə kənardan oğurluq hadisəsini müşahidə edib. 

Ata və övladının bu hərəkətləri binaların dayanacağında quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Azyaşlı velosipedləri oğurlayandan sonra atasına təhvil verib. Mahir Mirzəbəyov isə velosipedləri dəyər-dəyməzinə satıb.

Oğurlanan velosipedlərdən bəziləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84