AzTV-də bulanlıq suda balıq tutma əməliyyatı gedir-Şöhrət El-Dəniz

12:20 - 18 Sentyabr
    4305 oxunma

AzTV-nin hazırladığı verilişlər barədə növbəti yazı hazırlamağa tələsmirəm. Sezona təzə başlayıblar. Ən azı bir ay müşahidə aparmaq, verilişləri izləmək lazımdır. Amma ilk təəssüratım belədir: Dekorasiya baxımından əhəmiyyətli dərəcədə yeniliklər göz qabağındadır. Hiss olunur ki, dekorasiya üçün kifayət qədər maliyyə ayrılıb və peşəkarlar tərəfindən hazırlanıb.

Qalır içini peşəkar redaktor, prodüser, aparıcılarla doldurmaq. İnanıram ki, bu işin də öhdəsindən gələ biləcəklər. Gələ bilməsələr yüz faiz əmin olsunlar, ən azı mən tərəfdən verilişlər, aparıcılar barəsindən tənqidi yazılarla qarşılaşacaqlar.

O cümlədən,verilişlərə çağrılan eyni sifətli və şablon fikirli qonaqlar barəsində, mövzu seçimi haqqında da ciddi iradlarım var. Yaxın gülnlərdə yazacam, oxuyarsınız. İndi isə keçək mətləbə: Son günlər mətbuatda AzTV və orada işləynlər barəsində həddindən artıq ziddiyyətli fikirlər səsləndirilir. Bu fikirlərin qaynağı mənim üçün elə də ciddi əhəmiyyət kəsb etmir. Ola bilsin, yalan məlumatlardır. Ola bilər, hansısa sayt öz oxucu sayını artırmaq üçün edir. Ola bilər incik kadrların fikirləridir. Bu da təbiidir. Ola bilər AzTV rəhbərliyinin hansısa səhv addımından doğan məlumatlardır və sair. O cümlədə hazırda məmləkətdə su bulannıqdı deyə hamı balıq tutmaq istəyir və yaxud kiminsə əli ilə balıq tutmağa çalışırlar. Hazırda AzTV-də də bulannıq suda balıq tutma əməliyyatı gedir. Ona görə mətbuatda həddindən artıq sərt ifadələrlə müşahidə olunan yalan fikirlərin deyilməsinin əleyhinəyəm. Səbəbini deyim.

Bir dəfə demişdim: Bizim saytda AzTV-nin reklam departamentinin rəhbəri barədə başqa saytdan götürülən yanlış bir məlumat getmişdi. Həmən vaxt Reklam departamentinin rəhbəri mənə zəng vurub bu məlumatın səhv olduğunu dedi. Və biz də, təbii ki, o yanlışlığı düzəltdik. Həmin gənc reklam departamentinin rəhbəri ilə söhbət zamanı o mənə xoşuma gələn bir fikir söylədi. Bildirdi ki, biz hamımız gənc kadrlarıq və var gücümüzlə çalışırırq ki, nəsə bir yenilik edək, yaxşı verilişlər hazırlayaq, uğurlara imza ataq və sair. Amma bəzən bizim haqqımızda elə yalan məlumatlar verirlər ki, əlimiz hər şeydən soyuyur. Onda mən gənc reklam müdirinə cavab verdim: Qərəzli, qəsdə duran yazılar olsa, ilk qarşılarında məni görəcəklər. Və mən sizin mövqeyi müdafiə edəcəm. Gənc, perespektivli kadrlarsınız. Əliniz işdən soyumasın, çalışın, görək, nə əmələ gətirəcəksiniz. Amma obyektiv tənqidi həmişə məndən gözləyin.

Çünki mən AzTV-nin verilişləri, aparıcıları barəsində, hətta bu qurumun sədri Rövşən Məmmədov və müavini Rüfət Həmzəyevin hazırladığı veriliş və aparıcılıq fəailiyyətləri ilə bağlı dəfələrlə tənqid yazılar hazırlamışam və peşəkar münasibət bildirmişəm. Özü də kifayət qədər sərt. Təbii ki, bu tip yazıları davam etdirəcəm. Həmçinin təkcə AzTV haqqında yox, digər telekanallar barəsində də tənqidi yazılar verəcəm.

Fikrimə qayıdaq. Sözüm ondadır ki, hörmətli həmkarlar AzTV və yaxud hansısa telekanalın fəailiyyəti barədə tənqidi yazı hazırlayarkən obyektivliyinizi və peşəkarlığınızı qoruyun. Onsuzda verdiyiniz xəbərin feyk və yaxud düzgün olduğu bilinir. Bu kanalın rəhbərliyi və yaradıcı kontingenti demək olar ki, yenidir və əsasən gənc kadrlardan təşkil edilib. İmkan verək işləsinlər. Təbii, dediyim kimi: Fəailiyyətlətlərində rastlaşdığımız qüsurları demək və yazmaq şərti ilə. Amma qərəzli, düşməncəsinə və yaxud sifarişli yalan xəbərlərlə bu gənclərin əlini işdən soyutmayaq. Vizual da olsa xeyli yeniliklər ediblər. Məzmun baxımından da hiss olunur ki, nəsə etməyə çalşırlar. Görək AzTV-ni hara qədər və necə aparacaqlar.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84