“Azərsu” qanunları pozdu: 3,5 milyonluq tenderi şübhəli şirkət qazandı - FOTO

17:29 - 15 Fevral
    27120 oxunma


Loading...

"Azərsu” ASC-nin daxili vəsaiti hesabına drenaj və hidrofor tipli nasosların satın alınması müsabiqəsinə yekun vurub. 3 milyon 534 min 431 manat 58 qəpik məbləğində olan tender müsabiqəsinin qalibi "Azermech” MMC olub.

Qeyd edək ki, şirkət indiyə kimi 2 dəfə tender qazanıb. Hər iki halda da satınalan qurum "Azərsu” ASC olub. Belə ki, şirkət 30.09.2020 tarixində 117 min 351 manat məbləğində olan tezlik çeviricilərinin satın alınması müsabiqəsini qazanıb. İnternet resurslarında "Azermech” MMC demək olar məlumat yoxdur.

Şirkətin yalnız ötən il Koronavirusa Qarşı Mübarizə Fonduna 1000 manat ianə etməsi barədə xəbər var. 2014-cü ildə yaradılan MMC 20 manat ilkin kapitala malikdir. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov, ev 10P, qanuni təmsilçisi isə Serhat Bican Düzgündür. 

 

Həmçinin, "Azərsu” ASC bu gün metal məmulatlarının satın alınması ilə bağlı fiziki şəxs Şahin Faiq oğlu Həsənovla müqavilə bağlayıb. Satınalma müqaviləsinin məbləği 278 min 305 manat 64 qəpik olub. 

Xatırladaq ki, Şahin Həsənovun hazırda 10 manat 18 qəpik vergi borcu var. "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin (Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması) tələblərinə  görə vergi borcu olanın satınalma müqaviləsinin bağlanması qanunsuzdur.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84