“Azərsu” ASC metri 100 manatdan boru alır – Tender oyunları

18:04 - 01 Fevral
    11880 oxunma

"Azərsu” ASC polietilen borunun satınalınması müsabiqəsinə yekun vurub. Bizimxeber.az xəbər verir ki, 97 min 940 manat məbləğində olan tenderin qalibi "Plastcon Group” MMC olub.

Tenderin şərtlərinə görə, MMC 1000 metr polietilen/ PE100/d 450/10atm şərtlərinə cavab verən boru satacaq, - yəni metri 97 manat 94 qəpiyə. Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Svetlana Məmmədova, ev 55 ünvanında qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 10 manatdır. 

2017-ci ilin iyun ayında yaradılan şirkətin fəaliyyəti ilə bağlı internet resurslarında məlumat yoxdur. Yalnız şirkətin keçən il Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat köçürdüyü internet resurslarında əksini tapıb. Şirkət indiyə kimi dövlət satınalmalarında qalib olmayıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84