“Azərsu” 1 ilin şirkətini 768 min manatlıq tenderin qalibi etdi

15:23 - 07 Yanvar
    1450 oxunma

"Azərsu” ASC dəyəri 768 min manat olan tenderə bu gün yekun vurub. ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin balansında olan nəqliyyat vasitələri və qurğuların yüksək təzyiqli yanacaq nasosu və yanacaq püskürücülərinin təmiri işlərinin və tələb olunan ehtiyat hissələrinin satın alınması müsabiqəsini "İRZS MOTORS" MMC qazanıb. 

Qeyd edək ki, bir il əvvəl yaradılan şirkətin hüquqi ünvanı Xətai rayonu, Zığ yolu-2, ev 36, m. 69, nizamnamə kapitalı isə 100 manatdır. Şirkətin 1 illik fəaliyyəti ilə bağlı hər hansı bir məlumat yoxdur. İnidiyə kimi dövlət satınalmalarında qalib olmayıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84