"Azərreyl”in sabiq voleybolçusu həmcinsi ilə evləndi - FOTOLAR

19:08 - 26 İyun
    4110 oxunma

Qadın voleybolçulardan ibarət Almaniya millisinin üzvü Liza Tomsen evlənib.

Bu barədə Almaniya Voleybol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Liza Tomsen həmcinsi olan xanımla alə həyatı qurub. Onlar uzun illər əvvəl bir məclisdə tanış olub və bu müddətə sevgili olublar. İndi isə münasibətlərini rəsmilləşdiriblər.

Qeyd edək ki, Liza Tomsen Azərbaycanda "Azərreyl” (2013/14) və "Lokomotiv” (2014/15) klublarında oynayıb. 34 yaşlı idmançı Azərbaycan çempionatının mükafatçısı olub. 

Onu da qeyd edək ki, Almaniyada eynicinslilərin evliliyinə 2017-ci il iyunun 30-dan icazə verilib./fanat.az

 

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84